• Bakı 30° C

    10.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Alqışlar və Paşinyanın ani reaksiyası... - VİDEO

SİYASƏT

09 Avqust 2025 | 10:48

Alqışlar və Paşinyanın ani reaksiyası... - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sözləri Ağ Evdə alqışlarla qarşılanıb. 

Bakıvaxtı.az xəbər verir ki, liderlərin tarixi görüşündə Azərbaycanın dövlət başçısı sülhə əminliyini ifadə edib. 

O qeyd edib ki, geri addım atılmayacaq: “İlk növbədə onu söyləmək istəyirəm ki, bu gün biz sülh sazişinə start veririk. Bu proses çoxdan gedirdi. Nəyə görə möhtəşəm Prezidentin iştirakı ilə bu paraflanma burada - birinci nömrəli paytaxtda, birinci nömrəli ofisdə baş verir? Bu o deməkdir ki, burada nə şübhələr, nə başqa məsələlər olmamalıdır. 

Əgər bizim hər hansı birimizin-ya Baş nazir Paşinyan, ya mən ağlımızda geriyə addım atmaq fikirləri olsaydı, biz buraya gəlməzdik. Tam əmin ola bilərsiniz, Azərbaycan xalqı, Azərbaycan icması, burada baş verən hadisələr nəticədə uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaq”.

İ.Əliyevin bu fikirlərini ABŞ lideri Donald Tramp və zalda əyləşənlər alqışlayıb. Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan anidən Azərbaycan Prezidentinin sözlərinə reaksiya verib: “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm yoxdur”. 

 


SON XƏBƏRLƏR