Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə bir nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Zamin Səxavət oğlu Atakişiyev sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.