• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

"GPT-5”in istifadə limitləri açıqlandı

DÜNYA

09 Avqust 2025 | 17:19

GPT-5”in istifadə limitləri açıqlandı

"OpenAI" ötən gün rəsmi olaraq yeni nəsil "GPT-5" modelini təqdim etdi.

Bakıvaxtı.az xəbər verir ki, yeni versiya əvvəlkilərə nisbətən məntiqi nəticə çıxarma və kod yazma qabiliyyətində daha güclüdür, həmçinin verilən tapşırığın növünə görə düşünmə sürətini tənzimləyə bilir.

Ən önəmlisi "GPT-5" "ChatGPT"nin bütün mövcud alətlərini (veb axtarış, məlumat analizi, şəkil şərhi, fayl analizi, “canvas”, şəkil yaratma, yaddaş və s.) dəstəkləyir. Artıq pulsuz istifadəçilər də bu modeldən yararlana bilər, lakin müəyyən limitlərlə.

"GPT-5"in istifadə limitləri:

Pulsuz hesablar – 5 saatda maksimum 10 mesaj; limiti keçdikdə “GPT-5 mini” işə düşür. “GPT-5 Thinking” rejimi isə gündə yalnız 1 mesaj.
Plus hesablar – 3 saatda 80 mesaj, həftədə 200 “GPT-5 Thinking” mesajı.
Pro və Team – Limitsiz istifadə.
Yeni model tədricən bütün istifadəçilərə təqdim olunur. Pulsuz və Plus hesab sahiblərinin siyahısında yalnız GPT-5 və GPT-5 Thinking qalacaq, Pro, Team və Enterprise planlarında isə əvvəlki modellərə də giriş mümkün olacaq.


SON XƏBƏRLƏR