• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək

DÜNYA

08 Sentyabr 2025 | 16:15

Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla görüş yaxın günlərdə Ermənistanda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.

    Onun sözlərinə görə, vaxtı gələndə əlavə məlumat veriləcək.

    Rubinyan qeyd edib ki, görüşün gündəliyinə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi daxil ediləcək, indiyə qədər atılan, hələ də davam edən addımlar müzakirə olunacaq: “Bilirsiniz ki, bu illər ərzində müzakirə olunan bir neçə mövzu olub, son görüşümüzdən sonra Qars-Gümrü dəmir yolunun bərpasının zəruri texniki parametrlərini müzakirə etmək üçün görüş keçirilib, tarixi Ani tarixi körpüsünün bərpası məsələsi var və bütün bu spektr müzakirə olunacaq. Ümumiyyətlə, əsas mövzu münasibətlərin nizamlanmasıdır”.


    SON XƏBƏRLƏR