• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Aİ silah və dronlara 2,5 trilyon avro xərcləməyi planlaşdırır

DÜNYA

08 Oktyabr 2025 | 15:56

Aİ silah və dronlara 2,5 trilyon avro xərcləməyi planlaşdırır

Avropa İttifaqı 2030-cu ilə qədər silah istehsalına, o cümlədən pilotsuz təyyarələr və əks tədbirlərə 2,5 trilyon avro xərcləməyi gözləyir. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius açıqlama verib.

Strasburqda Avropa Parlamentində Avropa üzərində naməlum pilotsuz təyyarələrlə bağlı insidentlərlə bağlı dinləmələrdə çıxış edən Avropa komissarı Andrius Kubilius ümid edir ki,  bu məbləğə Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinin bir qismi daxil olacaq.

"Bizim 2030-cu ilə qədər müxtəlif müdafiə ehtiyaclarına 2,5 trilyon avro xərcləmək imkanımız var", - Kubilius bildirib. 

Xatırladaq ki, oktyabrın 1-də Kopenhagen sammitində Aİ ölkələri Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklif etdiyi sxem üzrə razılığa gələ bilməyib. Belçika Rusiyanın belə bir addıma reaksiya verəcəyindən ehtiyat edərək plana qarşı çıxıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR