• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İsrail Livanın cənubuna növbəti dəfə hava zərbəsi endirdi

DÜNYA

07 Noyabr 2025 | 15:08

İsrail Livanın cənubuna növbəti dəfə hava zərbəsi endirdi

İsrail ordusu Livanın cənubundakı Tir əyalətində yerləşən bir hədəfə hava zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, Livanın NNA agentliyinin məlumatına görə, hücum Sur vilayətinin Tora və Abbasiyə qəsəbələri arasındakı açıq ərazini hədəf alıb.

Məlumata görə, hadisə yerinə tibb qrupları cəlb olunub, lakin hücumla bağlı rəsmi açıqlama verilməyib.

Bildirilib ki, sosial mediada yayılan görüntülərdə hücumdan sonra ərazidən qalxan tüstü müşahidə olunub.

Qeyd edək ki, 2024-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, İsrail Livana qarşı hücumlarını davam etdirir.

Əli Hüseynov


SON XƏBƏRLƏR