• Bakı 10° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Çexiya prezidenti Putini Hitlerə bənzətdi

DÜNYA

07 Dekabr 2025 | 14:37

Çexiya prezidenti Putini Hitlerə bənzətdi

Ukraynadakı münaqişə İkinci Dünya müharibəsinin başlanğıcını xatırladır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çexiya prezidenti Pyotr Pavel deyib.

O, Rusiyanın Ukrayna ərazilərini ələ keçirmək cəhdlərini Hitlerin İkinci Dünya müharibəsindən əvvəl Çexoslovakiya da daxil olmaqla qonşu ölkələrə qarşı hərəkətləri ilə müqayisə edib:

“Putinin Ukraynanın şərqindəki rusdilli əhalinin maraqlarına uyğun hərəkət etdiyinə dair arqumenti, Çexiya tarixi ilə tanış olanlar üçün xüsusilə narahatedicidir. Çexoslovakiyada (Sudet) alman azlığından bəhanə kimi istifadə edildi. Vladimir Putin də eyni ritorikadan istifadə edir”.


SON XƏBƏRLƏR