• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ İranı vura bilər

DÜNYA

06 Yanvar 2026 | 13:13

ABŞ İranı vura bilər

İranda davam edən dinc etiraz aksiyaları rejim tərəfindən zorakılıqla yatırılarsa, ABŞ “Theodore Roosevelt” və ya “Abraham Lincoln” gəmilərindən bu ölkəyə qarşı sərt zərbələr üçün istifadə edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Nəşr ABŞ-nin İranda etirazçıların öldürülməsi və onlara qarşı sərt təzyiqlər halında bölgəyə aviadaşıyıcı gəmilər göndərmək ehtimalını araşdırıb.

Mənbə digər gəmilərin istifadəsi ilə bağlı məhdudiyyətlər və problemlərə diqqət çəkərək qeyd edib ki, ən çox ehtimal olunan variant ötən ilin noyabrında bölgəyə göndərilən “USS Theodore Roosevelt” gəmisinin yenidən regiona yönəlməsi ilə əlaqəlidir. Digər variant isə “USS Abraham Lincoln” gəmisidir. Hər ikisi əvvəllər dövri olaraq Yaxın Şərqə göndərilən gəmilər arasında olub.

“Forbes” əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı gəmini sürətlə Yaxın Şərqə göndərə, İranda mümkün əməliyyata dəstək verə bilər./Teleqraf 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR