• Bakı 29° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

İlon Mask trilyoner olmağa doğru addımlayır

DÜNYA

05 Fevral 2026 | 10:00

İlon Mask trilyoner olmağa doğru addımlayır

İlon Maskın sərvəti "SpaceX" və "xAI" şirkətlərinin birləşməsindən sonra 852,5 milyard dollara yüksələrək yeni rekorda çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Tesla" səhmlərinin son aylarda ciddi dəyər qazanması və 55 milyard dollarlıq kompensasiya paketinin təsdiqlənməsi bu artımı daha da sürətləndirib.

Analitiklər "SpaceX"-in 2026-cı ildə planlaşdırılan ilkin kütləvi təklifinin baş tutacağı halda şirkətin dəyərinin 1,5 trilyon dollara çata biləcəyini və Maskın sərvətinin trilyon həddinə yaxınlaşacağını bildirirlər.

"Wedbush" ekspertləri isə həmçinin "Tesla"nın muxtar nəqliyyat bazarında 70%-lik paya sahib olacağı təqdirdə şirkətin əlavə 1 trilyon dollarlıq dəyər yarada biləcəyini proqnozlaşdırırlar. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026