• Bakı C

    10.65 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupu göndərməyə hazırlaşır

DÜNYA

07 Mart 2026 | 09:14

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupu göndərməyə hazırlaşır

ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.

Qeyd olunub ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı - "USS Gerald R. Ford" isə hazırda Qırmızı dənizdə yerləşir.


SON XƏBƏRLƏR

06 Mart 2026