• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır

DÜNYA

06 Yanvar 2026 | 13:31

Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır

Litva təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya 150-yə qədər əsgər, silah və hərbi texnika göndərməyə hazırdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın prezidentinin müşaviri Asta Skaisgiryte "Žiņu Radijas" radiostansiyasında bildirib.

"Biz Ukrayna üçün mümkün olan ən uzunmüddətli zəmanətləri dəstəkləyirik və kontingentimizlə mümkün addımlarda iştirak etməyə hazırıq. Sülh əldə edildikdən sonra Litva Ukraynaya silah və lazımi hərbi texnika ilə birlikdə 150-yə qədər əsgər göndərməyə hazırdır", - deyə o bildirib. 

Onun sözlərinə görə, Qərb Kiyevə 15 ildən 30 ilə qədər təhlükəsizlik zəmanəti vermək modelini müzakirə edir.

Əli Hüseynov
 


SON XƏBƏRLƏR