• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Bakıdan Ermənistana növbəti neft partiyası GÖNDƏRİLİR

İQTİSADİYYAT

07 Yanvar 2026 | 19:16

Bakıdan Ermənistana növbəti neft partiyası GÖNDƏRİLİR

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir.

Qeyd edək ki, Azərbaycanın 1 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.


SON XƏBƏRLƏR