• Bakı C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Astarada yol qəzası - Ər-arvad xəsarət aldı

HADİSƏ

07 Yanvar 2026 | 17:59

Astarada yol qəzası - Ər-arvad xəsarət aldı

Astarada avtomobil mopedlə toqquşub.

Bakıvaxtı.az APA-ya istinadən verdiyi xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR