• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Bakı metrosunda qorxulu anlar: Stansiya yoluna düşən sərnişin öldü - YENİLƏNİB - VİDEO

HADİSƏ

07 Yanvar 2026 | 20:39

Bakı metrosunda qorxulu anlar: Stansiya yoluna düşən sərnişin öldü - YENİLƏNİB - VİDEO

Bakı metrosunda stansiya yoluna düşən sərnişin ölüb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Bun baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

 

***20:32

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bakıvaxtı.az xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. 

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək.

 


SON XƏBƏRLƏR