2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan çox vergi daxil olub. Bu, proqnozdan 853,5 milyon manat artıqdır. 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
Bildirilib ki, eyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat ödənilib. Bu sektordan vergi daxilolmaları əvvəlki ilə nisbətən 978,7 milyon manat və ya 8,9 faiz artıb. Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektoruna, 26,6 faizi isə neft-qaz sektoruna düşüb.
Məlumata görə, 2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 11,9 faiz və ya 684,9 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 12,2 faiz artaraq 4,3 milyard manata yaxınlaşıb.
Qeyd olunub ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,0 faiz artaraq 228,9 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 173,3 milyon manatdan çox təşkil edib.
Həmçinin, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə əvvəlki ilə nisbətən 10,5 faiz artaraq 1,1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 10,0 faiz artaraq 793,4 milyon manatdan artıqdır.
Bakı 




