• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Astarada avtomobil mopedlə toqquşdu - Ər-arvad xəsarət aldı

HADİSƏ

07 Yanvar 2026 | 20:20

Astarada avtomobil mopedlə toqquşdu - Ər-arvad xəsarət aldı

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı avtomobil, Şüvi kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Manaf oğlu Rəhimovun sürdüyü mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və onlara zəruri ilkin tibbi yardım göstərilib. Məlumata görə, Lalə Aslanovanın ayaqları sınıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR