Venesuela ABŞ-yə 30 milyon bareldən 50 milyon barelə qədər neft bağışlayacaq və əldə edilən gəlir Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunacaq.
Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
O, bildirib ki, neft bazar qiymətləri ilə satılacaq və gəlirlər ABŞ prezidenti kimi onun tərəfindən idarə olunacaq:
"Venesuela nefti birbaşa ABŞ-dəki boşaltma doklarına çatdırılacaq və ABŞ-nin energetika naziri Kris Rayt bu planı həyata keçirəcək".
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Venesuelaya hərbi hücum edib və prezident Nikolas Maduro və həyat yoldaşını zorla həbs edib.
Gülşən Şərif
Bakı 




