İjevsk, Perm və Yaroslavl hava limanlarında təyyarələrin eniş və uçuşu ilə bağlı tətbiq edilən məhdudiyyətlər ləğv olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb.
Məlumata əsasən, İjevsk, Perm (Bolşoye Savino) və Yaroslavl (Tunoşna) hava limanlarında tətbiq edilən müvəqqəti məhdudiyyətlər artıq qüvvədən düşüb.
Qeyd olunub ki, sözügedən məhdudiyyətlər təhlükəsizlik səbəbilə tətbiq edilmişdi.
Zeynəb Rzayeva
Bakı 




