• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Londonda Fələstin səfirliyi açıldı

DÜNYA

06 Yanvar 2026 | 14:13

Londonda Fələstin səfirliyi açıldı

Böyük Britaniyanın Fələstin dövlətini tanımasından üç ay sonra bu ölkədə Fələstin səfirliyinin açılışı baş tutub.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, Fələstin səfiri bunu "tarixi an" adlandırıb.

Səfir Husam Zomlot bildirib ki, bu gün tarixi bir anı qeyd etmək üçün toplaşıblar: "Fələstin Dövlətinin Birləşmiş Krallıqdakı səfirliyinin tam diplomatik status və səlahiyyətlərlə açılışı baş tutdu. Bu səfirliyin açılması Böyük Britaniya-Fələstin münasibətlərində, Fələstin xalqının azadlıq və öz müqəddəratını təyin etmək yolunda göstərdiyi səylərin əhəmiyyətli bir mərhələsidir”.

O, daha sonra Londonun Hammersmit şəhərində yerləşən binaya yapışdırılmış Fələstin Dövlətinin Səfirliyi yazısı olan lövhəni açıb. Zomlot vurğulayıb ki, Qəzzadakı, işğal olunmuş Qərb Sahilindəki, o cümlədən Şərqi Qüdsdəki və qaçqın düşərgələrindəki fələstinlilərin özləri və gələcək nəsilləri üçün, eləcə də bütün diaspora üçün bu səfirlik kimliklərinin inkar edilə bilməyəcəyinin sübutudur:

"Bu, beynəlxalq hüquqa və universal dəyərlərə əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün bir vəddir".

Aydın Baxış


SON XƏBƏRLƏR