Rusiyada Kamçatkanın cənub-şərq sahilindəki Sakit okean akvatoriyasında 4,8 maqnitudalı zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.
"Koordinatlar: 52.5777, 159.2458... Maqnituda (Ml): 4,8", - məlumatda deyilib.
Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 69 kilometr məsafədə olub, ocağı 39,7 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, Petropavlovsk-Kamçatskinin əsas ərazisində zəlzələ 4 bala qədər, bəzi rayonlarda isə 5 bala qədər hiss edilib.
Bakı 




