• Bakı 11° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

İrandan ABŞ-yə ŞƏRTLƏR

DÜNYA

07 Dekabr 2025 | 14:11

İrandan ABŞ-yə ŞƏRTLƏR

"İran ABŞ ilə nüvə proqramı danışıqlarına hazırdır, lakin qarşılıqlı faydalı olması şərtdir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır olub-olmadığından əmin deyilik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, İran diplomatiyaya açıqdır, amma yalnız "ədalətli və balanslı" nəticəni təmin edən şərtlərlə.

"Bu ABŞ-dən asılıdır", - deyə Əraqçi vurğulayıb.


SON XƏBƏRLƏR