• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

ABŞ Dövlət Departamentindən rusca PAYLAŞIM

DÜNYA

06 Yanvar 2026 | 12:38

ABŞ Dövlət Departamentindən rusca PAYLAŞIM

ABŞ Dövlət Departamentinin rusdilli sosial media hesabında “Trampla oyun oynamayın” mesajı ilə paylaşım edilib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda prezident Donald Trampın Venesuelaya hərbi müdaxilə fonunda çəkilmiş fotoşəkli də yer alıb.

Mesajda Trampın hərəkətli insan olduğu vurğulanaraq Maduroya qarşı əməliyyatın başladığı bildirilib.

Qeyd edək ki, Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif bölgələrindəki mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ isə Maduro və həyat yoldaşına qarşı narkotik terrorizmi və digər cinayətlərlə bağlı ittihamların irəli sürüldüyünü açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR