• Bakı 10° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Cənubi Koreya Rusiya və Çinlə ilə ünsiyyətə açıqdır

DÜNYA

07 Dekabr 2025 | 14:43

Cənubi Koreya Rusiya və Çinlə ilə ünsiyyətə açıqdır

"Koreya Respublikasının (KR) Rusiya ilə münasibətlərində ciddi dəyişikliklərin olmaması iki ölkə arasında, o cümlədən Koreyalararası məsələlərdə ünsiyyətin olmamasından xəbər vermir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Koreya Respublikası Prezident Administrasiyasının milli təhlükəsizlik idarəsinin direktoru Vi Sunq-lak deyib.

Vi Sunq-lak etiraf edib ki, son altı ayda Koreya Respublikası çoxsaylı dialoq qurmaq cəhdlərinə baxmayaraq, KXDR ilə münasibətlərdə irəliləyişə nail ola bilməyib.

"Biz beynəlxalq əlaqələri inkişaf etdiririk və bu yolla KXDR ilə dialoq qurmağa çalışırıq", - prezidentin milli təhlükəsizlik müşaviri bildirib.

"Hazırda biz Rusiya ilə münasibətlərimizdə əhəmiyyətli irəliləyiş görməsək də, bu, əlaqələrimizi qoruyub saxlamayacağımız anlamına gəlmir", - diplomat qeyd edib.

O əlavə edib ki, Seul Koreya yarımadasındakı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı anlaşmanı gücləndirmək üçün səylərini davam etdirir. Milli təhlükəsizlik müşaviri Çinlə son altı ayda ən aşağı həddə olan münasibətlərin bərpa yoluna qayıtdığını da açıqlayıb. 


SON XƏBƏRLƏR