• Bakı 11° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Kilauea vulkanında eyni anda 370 metrlik 3 lava fontanı müşahidə edilib 

DÜNYA

07 Dekabr 2025 | 13:03

Kilauea vulkanında eyni anda 370 metrlik 3 lava fontanı müşahidə edilib 

Havay adalarında yerləşən Kilauea vulkanında eyni anda 370 metrlik 3 lava fontanı müşahidə edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Havay adalarında yerləşən Kilauea vulkanı yenidən aktivləşib. Vulkanın püskürməsinin 38-ci epizodu zamanı təxminən 370 metr hündürlüyə qalxan güclü lava fontanı qeydə alınıb. Bu püskürmə prosesinin ən diqqətçəkən məqamı isə indiki aktivlik dövründə ilk dəfə olaraq bir-birinə yaxın ölçüdə üç lava fontanının eyni vaxtda müşahidə olunmasıdır. Mütəxəssislər bu mənzərəni son dərəcə nadir geoloji hadisə kimi dəyərləndirirlər.

    Qeyd edək ki, Kilauea Havay adasının (Böyük ada kimi də tanınır) ən fəal vulkanlarından biridir və planetin ən aktiv vulkanları sırasına daxildir.


    SON XƏBƏRLƏR