• Bakı 11° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Rusiya Ukraynaya hücum edib, ölənlər var

DÜNYA

07 Dekabr 2025 | 13:07

Rusiya Ukraynaya hücum edib, ölənlər var

Rusiya qoşunları Ukrayna ərazisinə kütləvi pilotsuz və raket hücumları həyata keçirib. Enerji infrastrukturuna və yaşayış binalarına ziyan dəyib.

Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşüb.

"Bu gecə rusiyalılar raket və PUA-ların köməyi ilə Poltavşinaya kütləvi hücum etdilər. Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşdü", - Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut teleqram kanalında yazıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində yanğınlar baş verib, fərdi evlərdən birinin ərazisində texniki avadanlıqlara, təsərrüfat binasına ziyan dəyib. Hücum nəticəsində bəzi ərazilərdə istilik və su təchizatı ilə bağlı fasilələr var.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Çerniqov vilayətindəki Novgorod-Seversky şəhərinə Rusiya dronlarının zərbələri nəticəsində 50 yaşlı kişi öldü, tərk edilmiş bina, ev və təsərrüfat binası alovlanıb.

Vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin 23 yaşayış məntəqəsini gün ərzində 600 dəfə atəşə tutub. "Ümumilikdə gün ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 649 yaşayış məntəqəsinə 23 zərbə endirib. 43 yaşlı kişi düşmənin Poloqovski rayonuna hücumu nəticəsində yaralanıb", - teleqram kanalında yazıb.

Bundan əlavə, Fedorovun sözlərinə görə, yaşayış binalarına, avtomobillərə və infrastruktur obyektlərinə dəyən ziyan barədə 14 məlumat daxil olub.


SON XƏBƏRLƏR