"Rusiya neonasist ideologiyasını təbliğ etməyə yönəlmiş fəaliyyətləri olan 28 Kanada vətəndaşının ölkəyə girişini birdəfəlik qadağan edib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bu qərar Ottavanın əvvəllər Rusiyaya qarşı tətbiq etdiyi əsassız sanksiyalara cavab olaraq verilib: "Sanksiyaya məruz qalan Kanada vətəndaşları neonasist ideologiyasını təbliğ edən təşkilatlarda iştirak ediblər".
Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ideologiya hazırkı Ukrayna rəhbərliyi tərəfindən fəal şəkildə təbliğ olunur.
Aynur Babazadə
Bakı 




