ABŞ Prezidentinin xüsusi elçisi Kelloq Rusiya–Ukrayna müharibəsindəki real itki miqyasının dünya müharibələri səviyyəsinə çatdığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bu qarşıdurma artıq region müharibəsi çərçivəsindən çox-çox kənara çıxıb. Kelloq tarixi müqayisələr apararaq deyib ki, Sovet İttifaqı Əfqanıstanı 18 min nəfər itki ilə tərk etmişdi, ABŞ isə Vyetnamdan 58 min itki ilə çıxdı.
“Konkret rəqəmlər dəhşətlidir. Rusiya və Ukrayna birlikdə 2 milyondan çox insan itirib. Bunun üzərində düşünün – bu, ağlasığmaz statistikadır”, – Trampın xüsusi elçisi bildirib.
Bakı 



