İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizinin başçılıq etdiyi nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Dumasının teleqram kanalında məlumat verilib.
"İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizinin başçılıq etdiyi nümayəndə heyəti KTMT PA tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib", - məlumatda deyilir.
Qeyd olunur ki, dekabrın 8-də Dövlət Dumasında Dövlət Dumasının sədri və KTMT PA sədri Vyaçeslav Volodinin sədrliyi ilə Şuranın birgə iclası və Assambleyanın 18-ci plenar iclası keçiriləcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanın qanunvericilik orqanlarının nümayəndələri daxildir.
Bakı 



