• Bakı 21° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Nazir: İran sanksiyalara baxmayaraq neft hasilatı və ixracı artırıb

DÜNYA

08 Oktyabr 2025 | 15:10

Nazir: İran sanksiyalara baxmayaraq neft hasilatı və ixracı artırıb

İran sanksiyalara baxmayaraq gündəlik neft hasilatını 120 min bareldən çox artırıb və xam neftin ixracı son aylar rekord səviyyəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin neft və qaz naziri Mohsen Paknejad bildirib.

Nazirin sözlərinə görə, İran ötən il tətbiq edilən ciddi məhdudiyyətlər şəraitində belə hasilatı və ixracı artırmağa nail olub.

M.Paknejad, həmçinin neft və qaz hasilatı texnologiyalarının təkmilləşdirilməsi üçün universitet professorları, sahə ekspertləri və enerji sahəsində mütəxəssislərdən ibarət işçi qrupunun yaradıldığını bildirib. Onun sözlərinə görə, qrup artıq iki iclas keçirib.


SON XƏBƏRLƏR