• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Türkiyədə azərbaycanlı tərəfindən qaçırıldığı deyilən qız tapıldı

DÜNYA

08 Oktyabr 2025 | 16:02

Türkiyədə azərbaycanlı tərəfindən qaçırıldığı deyilən qız tapıldı

Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı bildirilən N.Gülər tapılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Belə ki, 4 gündür itkin düşən N.Gülerin İstanbul marşrutu ilə hərəkət edən avtobusda 17 yaşlı N.Həsənovla birgə getdiyi məlum olub. Bundan sonra 16 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, gənc qızın ailəsi onun itkin düşməsi ilə bağlı “Müge Anlı ile Tatlı Sert” verilişinə çıxaraq kömək istəmişdi. Onlar qızlarının Azərbaycan vətəndaşı tərəfindən qaçırıldığını iddia etmişdi. 

 


SON XƏBƏRLƏR