• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Azərbaycan və Oman birgə layihələrin icrasını müzakirə edib

SİYASƏT

08 Oktyabr 2025 | 16:40

Azərbaycan və Oman birgə layihələrin icrasını müzakirə edib

Azərbaycan və Oman arasında birgə layihələrin icrası müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Omana işgüzar səfərimiz çərçivəsində bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri Qais bin Məhəmməd Al Youseflə görüşmək xoş oldu. Biznes tərəfdaşlığının təşviqinin ikitərəfli iqtisadi münasibətlərdə prioritet məqsədlərdən olduğunu qeyd etdik. Birgə layihələrin icra edilməsi, ticarət dövriyyəsinin artırılması, iş adamlarımız arasında əməkdaşlıq platformalarının yaradılması istiqamətində təşəbbüslərin genişləndirilməsinin önəmini vurğuladıq", - deyə o qeyd edib.

 


SON XƏBƏRLƏR