• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident rektora general rütbəsi verdi - FOTO

SİYASƏT

07 Noyabr 2025 | 16:27 | Müəllif: Əli Hüseynov

Prezident rektora general rütbəsi verdi - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq Sərəncam imzalayıb.

Ali rütbə ilə təltif olunanlar arasında Ümidvar Quliyev də yer alır. O, Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur. 2001-ci ildə  Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini bitirib. İxtisasca artilleriyaçıdır. Uzun illər qoşunlarda artilleriya divizionunun komandiri və digər məsul vəzifələrdə xidmət edib. Vətən müharibəsində iştirak edib və müharibədən sonra “Qarabağ” ordeni ilə mükafatlandırılıb.

Əli Hüseynov


Prezident rektora general rütbəsi verdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026