• Bakı 10° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

İlham Əliyev: Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasını dəstəkləyən ilk dövlətlərdəndir

SİYASƏT

07 Dekabr 2025 | 13:33

İlham Əliyev: Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasını dəstəkləyən ilk dövlətlərdəndir

Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biridir

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın dövlət başçısı bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.

Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.


SON XƏBƏRLƏR