• Bakı 16° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ayxan Hacızadə: Rəsmi Bakı Suriyanın Azərbaycanda səfirlik açmasını gözləyir

SİYASƏT

07 Noyabr 2025 | 15:44

Ayxan Hacızadə: Rəsmi Bakı Suriyanın Azərbaycanda səfirlik açmasını gözləyir

Rəsmi Bakı ikitərəfli əlaqələrin inkişafı üçün Suriyanın Azərbaycanda səfirlik açmasını gözləyir.

Bakıvaxtı.az bildirir ki, bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O xatırladıb ki, 2025-ci il avqustun 2-də Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında dördtərəfli razılaşma çərçivəsində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib:

"Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyə ərazisindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur".

A.Hacızadə ümumilikdə hesab edir ki, Azərbaycanla Suriya arasında əməkdaşlıq üçün geniş perspektiv mövcuddur:

"Ümidvarıq ki, ikitərəfli əlaqələrin daha da inkişafı üçün Suriyanın da ölkəmizdə səfirliyi təsis olunacaq".


SON XƏBƏRLƏR