Qarabağ regionu təkcə bərpa prosesində deyil, həm də ağıllı inkişaf modeli üçün sınaq meydanıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.
Onun sözlərinə görə, innovasiya burada həm iqtisadi, həm ekoloji, həm də sosial dirçəlişin açarıdır.
“Smart şəhərlər, rəqəmsal kəndlər, alternativ enerji, ağıllı kənd təsərrüfatı kimi sahələr strateji prioritetdir”.
Mina Mikayılova