• Bakı 16° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Metroda tullantı qutuları niyə yoxdur? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

07 Noyabr 2025 | 16:56

Metroda tullantı qutuları niyə yoxdur? - RƏSMİ AÇIQLAMA

“Bakı Metropolitenində tullantı qutularının olmamasının əsas səbəbi sərnişin təhlükəsizliyidir”.

Bakıvaxtı.az bildirir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sərnişin təhlükəsizliyi çoxşaxəli anlayışdır və bir neçə istiqaməti əhatə edir:

“Burada ümumi təhlükəsizlik, sanitariya təhlükəsizliyi, yanğın təhlükəsizliyi və qlobal miqyasda mümkün sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur. Bu risklərin hər birinə görə metrostansiyalarda tullantı qutularının quraşdırılmaması qərara alınıb. Buna baxmayaraq, Bakı Metropoliteni sanitariya-gigiyena baxımından dünyada nümunə göstərilən müəssisələrdən biridir. Stansiyaların bütün nöqtələri gün ərzində nəzarətdə saxlanılır, təmizlik işləri planlı şəkildə aparılır və ehtiyac yarandıqda dərhal müdaxilə olunur”.

“Hazırda sərnişinlərin maneəsiz, rahat və təhlükəsiz hərəkəti bizim üçün ən vacib məsələdir. Tullantı qutularının quraşdırılması gələcəkdə istisna edilmir, lakin bu gün üçün ona ehtiyac yoxdur”, – deyə B.Məmmədov əlavə edib.


SON XƏBƏRLƏR