ABŞ dövlət katibi Marko Rubio sabah Parisdə Avropa, ərəb və digər ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of Israel" mənbələrə istinadən məlumat yayıb.
Görüşdə məqsəd ABŞ Prezidenti Donald Trampın təklif etdiyi planın necə həyata keçiriləcəyini müzakirə etmək və ölkələrin kollektiv öhdəliklərini qiymətləndirməkdir.
Plan Qəzzaya nəzarət edəcək müvəqqəti texnokratik hökumətin yaradılmasını nəzərdə tutur.