Avropa Komissiyası Rusiya vətəndaşlarına yeni çoxdəfəlik vizaların verilməsinə tam qadağa qoyub.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Bəyanata əsasən, Rusiya vətəndaşlarından hər dəfə Avropa İttifaqına səfər etməyi planlaşdırdıqda yeni viza üçün müraciət etmələri tələb olunacaq.
"Bundan sonra Rusiya vətəndaşları çoxdəfəlik giriş vizası ala bilməyəcək. Bu o deməkdir ki, Rusiya vətəndaşları hər dəfə Avropa İttifaqına səfər etməyi planlaşdırdıqda yeni viza üçün müraciət etməli olacaqlar", - bəyanatında vurğulanıb.
Gülşən Şərif
Bakı 



