Rusiya ABŞ və digər ölkələrin nüvə sahəsindəki hərəkətlərini diqqətlə izləyir.
Bakıvaxtı.az "BELTA"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiyanın müvafiq qurumları ABŞ-nin və digər ölkələrin nüvə sahəsindəki hərəkətlərini izləyir:
"Onlar həmçinin Amerika arsenalında strateji hücum silahlarının, o cümlədən köhnəlmiş qitələrarası ballistik raketin sınağını da nəzərdən keçirirlər. Bu, yalnız ilkin qiymətləndirmədir. Vaşinqtondan gələn və dünyanın bütün guşələrində haqlı narahatlıqlar yaradan siqnallar ziddiyyətli olmaqda davam edir. Və təbii ki, bunun altında yatan səbəblər aydınlaşdırılmalıdır".
Gülşən Şərif
Bakı 



