• Bakı 21° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Boşandıq, hər şey bitdi: Bəzi kişilər keçmiş arvadlarını qarabaqara izləyir və...

CƏMİYYƏT

08 Oktyabr 2025 | 13:50

Boşandıq, hər şey bitdi: Bəzi kişilər keçmiş arvadlarını qarabaqara izləyir və...

Son zamanlar xüsusən də boşanan tərəflər arasında baş verən cinayət hallarında artım müşahidə olunur. Bir neçə gün öncə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi lamiyə Qanbayevanın keçmiş həyatı yoldaşı tərəfindən bıçaqlanması isə bu məsələni yenidən aktuallaşdırıb.

Təəssüf ki, ölkəmizdə boşanan tərəflər, xüsusən də əksər kişilər qadınları incidir, onlardan əl çəkmirlər.

Bəs görəsən, boşanan qadınları necə qorumaq olar?

Psixoloq Vüsalə Əmiraslanova Bakıvaxtı.az-a açıqlamasında bu sualı cavablandırıb.

Onun sözlərinə görə, cəmiyyətimizdə boşanan kişilərin aqressiyasının artdığı müşahidə olunur. Bunun isə bir sıra səbəbləri var:

"Adətən kənardan səsləndirilən fikirlər, keçmiş həyat yoldaşının gələcəkdə ata biləcəyi addımlarla bağlı "məsləhətlər" kişilərə psixoloji olaraq çox təsir edir. Bəzi boşanan kişilər bu təsirlərə tab gətirə bilmirlər, bəziləri isə yenidən ailə həyatı qurduğuna görə həmin sözlərə əhəmiyyət vermirlər. Bəzi psixi narahatlığı, hər hansısa maddə və ya müxtəlif asılılığı olan kişilər kənardan gələn təsirlərə tez reaksiya verirlər. Ona görə də qadınlarının gələcəkdə ata biləcəyi addımlara inanaraq, onlara mənəvi və fiziki zərbə vururlar".

Vüsalə Əmiraslanova: Ən böyük problem cinayət törədən şəxsin psixoloji vəziyyətinin yerində olmamasıdır

V.Əmiraslanova hesab edir ki, boşanma prosesinin ağrılı olması da kişilərə psixoloji təsir edir. Boşanma ərəfəsində qarşı tərəfin dediyi sözlər kişilərə təsir göstərən amillərdən biridir.

Müsahibimiz qeyd edib ki, hər bir halda ən böyük problem cinayət törədən şəxsin psixoloji vəziyyətinin yerində olmamasıdır.

“Bu cür insanlarla çox ehtiyatlı davranmaq lazımdır. Hətta lazım olarsa, bu cür şəxsdən hüquq-mühafizə orqanlarının köməkliyi ilə uzaqlaşmağa ehtiyac var. Çünki psixoloji vəziyyəti yerində olmayan insanı qıcıqlandırmaqdan çəkinmək lazımdır. Boşanan qadının ayrılmasının səbəbini hər kəsdən daha yaxşı bilir", - deyə Vüsalə Əmiraslanova diqqət edilməli məqamları izah edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR