Hazırda "Bakı Metropoliteni" QSC-də tətdiq edilən interval texniki baxımdan mümkün olan ən minimal həddədir. Lakin gələcəkdə xətlərin ayrılması nəzərdə tutulub. Bunun özü də bir neçə mərhələyə bölünür. "İçərişəhər" stansiyasının arxasında dalanın tikintisi planlaşdırılıb. Layihə təsdiqlənib və yaxın vaxtlarda inşaat işlərinə başlanacaq. Yeni dalan qatarlar arasında intervalın azaldılmasına şərait yaradacaq, layihənin reallaşdırılması sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüləcək işlər stansiyanın fəaliyyətinə və sərnişinlərin təhlükəsizliyinə təsir göstərməyəcək. Qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinləri daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir.
Bakı 



