• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Şirnikləndirici vədlərə ALDANMAYIN - VİDEO

CƏMİYYƏT

07 Dekabr 2025 | 00:44

Şirnikləndirici vədlərə ALDANMAYIN - VİDEO

"Minimum ödəniş et, pulunu 2-3 qat atırıb geri qaytaraq".

Bakıvaxtı.az bildirir ki, sosial şəbəkələrdə şans oyunlarından pul qazandırmaq adı ilə bu cür elanlar verilir. Üstəlik, səhifələrdə onlara müraciət edərək yüksək məbləğlərdə pul qazananların olduğu göstərilən paylaşımlar da edilir. Buna inanaraq, belə sosial şəbəkə hesablarına yazan, hətta pul göndərənlər də az deyil.

"Xəzər Xəbər"ə müraciət edən vətəndaş da belə dələduzluqla üzləşdiyini bildirib.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə saxta səhifələrin açılması və insanların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polisə məlumatlar daxil olur. Edilən hər bir müraciət əsasında araşdırma aparılır və həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər görülür.

Nazirlik rəsmisi bir daha vətəndaşlara heç bir iqtisadi əsası olmayan bu cür səhifələrə aldanmamağı, internet üzərindən edilən cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi tövsiyə edib. 

Daha ətraflı videomaterialı təqdim edirik.


SON XƏBƏRLƏR

06 Dekabr 2025