• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - VİDEO

CƏMİYYƏT

05 Yanvar 2026 | 17:46

Qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən quş kəsimi sexində yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sex fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus olub.

"Agentliyin əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub.

Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.

Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.


SON XƏBƏRLƏR

06 Yanvar 2026