Salyan rayonunun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) bu gün saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri ağırdır:
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb",- deyə qurumdan bildirilib.
Məlumata görə, qəzada ölənlər Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğludur.
Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlu, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Pərvanə Fərhad qızı, onların qızı, 2011-ci il təvəllüdlü Məmmədli Fatimə Mirzağa qızı və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.
Zeynəb Rzayeva
Bakı 




