• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Şöbə müdiri bu zəngdəki cavabına görə işdən çıxarıldı - VİDEO

CƏMİYYƏT

04 Fevral 2026 | 15:39

Şöbə müdiri bu zəngdəki cavabına görə işdən çıxarıldı - VİDEO

Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, tələbələrdən birinin Bizim.media-ya bildirdiyinə görə, onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini və pul vermələrini tələb edib.

“Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə “şöbəyə gəlin” deyilir və nəticədə şöbədə onlardan pul istənilir”, - deyə iddialarda qeyd olunub.

Mövzu ilə bağlı Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təkzib edib: “Elə bir şey yoxdur. Tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll olundu. Tələbənin valideyni ilə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib. O da olan işdir”.

Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb.

“Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxır?” sualına C. Qardaşov belə cavab verib: “Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı”.


SON XƏBƏRLƏR