• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Səhiyyə Nazirliyi: Asılılıqdan çıxış yolu var

CƏMİYYƏT

04 Fevral 2026 | 15:47

Səhiyyə Nazirliyi: Asılılıqdan çıxış yolu var

“Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə müalicə məqsədilə müraciətlər hamsı könüllüdür və bu müraciətlər əvvəlki ilə nisbətən azalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov deyib.

Onun sözlrinə görə, xəstələr xüsusilə Bakı şəhərində yaşayanlar Bakı şəhər Narkoloji Mərkəzində ambulator müalicələr alırlar:

“Bir çox xəstələr anonim müalicə almaq hüququndan istifadə edərək ambulator və ya ev şəraitində müalicə olunurlar. Məcburi müalicə Azərbaycan qanunvericiliyinə görə məhkəmə tərəfindən tətbiq olunur və bu müalicə formasının sayında da çoxalmalar müşahidə olunur”.

Baş direktor qeyd edib ki, ümumən narkotiklərdən istifadə, onun sosial, tibbi, psixoloji və hüquqi fəsadları haqda əhalinin maarifləndirilməsi nəticəsində bu xəstəlikdən əziyyət çəkən şəxslərin narkoloji tibb müəssisələrinə müraciətlərini artırır:

“Qeyd edək ki, bütün dünya üzrə narkotik asılılığı olan şəxslərin hər 6 nəfərindən biri müalicə ala bilirsə, bu rəqəm Azərbaycanda 6-nın 6-yadır. Yəni hər bir xəstə istər anonim şəkildə, istərsə də adi qaydada narkoloji müəssisədə müalicə ala bilir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR