• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bayram günlərində hava yağmursuz keçəcək

CƏMİYYƏT

07 Noyabr 2025 | 13:08

Bayram günlərində hava yağmursuz keçəcək

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

 


SON XƏBƏRLƏR