Bu ilin ilk 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 10 805 müharibə iştirakçısı 68 373 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında onlara 206 614 müxtəlif adda tibbi xidmət göstərilib.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yanvar-sentyabr ayları ərzində tibb müəssisələrinə ümumilikdə 7 043 şəhid ailəsi üzvü 38 837 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında şəhid ailəsi üzvlərinə 142 122 müxtəlif adda tibbi xidmət göstərilib.
Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.
Bakı 



