• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara hazırdır - Ortaqus

DÜNYA

24 Dekabr 2025 | 11:35

ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara hazırdır - Ortaqus

Rəsmi Tehran birbaşa dialoqa hazır olduğu təqdirdə, ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlar aparmağa hazırdır.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus bəyanat yayıb.

BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı iclasında çıxışı zamanı Ortaqus bildirib ki, ABŞ açıq danışıqlar aparmaq niyyətində deyil. Lakin İran bibaşa dialoqa hazır olarsa, bu halda ikitərəfli danışıqlar baş tuta bilər.

O, həmçinin Vaşinqtonun hələ də Tehranın uran zənginləşdirilməsinin yolverilməz olduğu mövqeyində qaldığını qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR