• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Yeni Zelandiyada torpaq sürüşməsi: ölənlər var

DÜNYA

23 Yanvar 2026 | 08:18

Yeni Zelandiyada torpaq sürüşməsi: ölənlər var

Yeni Zelandiyada torpaq sürüşməsi olub.

Baklvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson X sosial şəbəkəsində paylaşım edib.

Ölkənin Şimal Adasının şimal-şərq sahilində qeydə alınan torpaq sürüşməsi nəticəsində ən azı iki nəfər həlak olub.

Yanvarın 22-də baş verən hadisədən sonra sürüşmə zonasına düşən Mount Maunganui İstirahət Parkında axtarış-xilasetmə əməliyyatları davam edir. İlkin ehtimallara görə, iki uşaq da daxil olmaqla altı-doqquz nəfər torpaq və dağıntılar altında qala bilər.

Bildirilib ki, xilasedicilərin işi çətin nəqliyyat şəraiti ilə mürəkkəbləşir. Sürüşmə nəticəsində ərazidəki yolların əksəriyyəti bağlanıb və kommunal xidmətlər indiyədək təcili yardım maşınlarının hərəkəti üçün yalnız bir zolağı açmağa nail olublar.


SON XƏBƏRLƏR

22 Yanvar 2026